Akardan SƏRT ÇIXIŞ: Sığınacaqları başlarına uçdu

  • By admin
  • 19 Fevral 2021 17:33

“Pəncə Qartal-2” hərəkatı PKK-nın idarəetməsində ciddi təşvişə səbəb olub.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

Nazirin sözlərinə görə, kəşfiyyat xidməti təşkilatın hərəkət qabiliyyətinin məhdudlaşdığını öyrənib: “PKK-nın qaçacaq yeri qalmadığını təşkilatın idarəçiləri çox yaxşı anladı. Bölgədəki sığınacaqları başlarına uçdu. Terrorun hər növünə qarşı çıxmaq və ortaq mövqe sərgiləmək hamımızın vəzifəsidir. Hər şeydən əvvəl insanlıq vəzifəsidir”.

Gununsesi.info