Türkiyənin dialoq çağırışlarına baxmayaraq, Yunanıstan AB-yə sığınaraq təxribatlarını ört-basdır etməyə çalışır.
Gununsesi.info xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
“Eyni zamanda Yunanıstan Türkiyə ilə olan məsələlərini Türkiyə-AB, Türkiyə-ABŞ və ya Türkiyə-NATO probleminə çevirmək istəyir”, – nazir bildirib.
Akar vurğulayıb ki, Afina beynəlxalq müqavilələrə zidd olaraq ən az 16 adanı müxtəlif təlimlərə daxil edib:
“Afina beynəlxalq müqavilələrə əsasən Yunanıstana verilməyən ada və qayalara haqq iddia edir. Hətta bu adaların bəzilərini satışa çıxarır”.
Gununsesi.info