Həbsdəki general tibb məntəqəsinə köçürülüb
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyindəki cinayətkar dəstənin əsas simalarından biri olan həbsdəki general Akif Çovdarov növbəti dəfə istintaq hərəkətləri aparılıb. Bu barədə gununsesi.info-nu hüquq-mühafizə orqanlarındakı mənbə məlumatlandrıb. Məlumatda bildirilir ki, Akif Çovdarov bu dəfə vaxtilə hədə-qorxu ilə külli miqdarda pulunu aldığı iş adamlarının biri ilə üzləşdirilib.
İstintaqa ifadəsində Çovdarov maraqlı fikir də söyləyib. O, ittihamların bəzilərini qəbul etmədiyini də deyib: “Mənim üçün artıq fərqi yoxdur. Nə istəyirsizsə, yazın. Onsuz da mən ağır xəstəyəm. Çox yaşamayacağam, öləcəm. Ona görə də mənə nə qədər cəza verilməsinin əhəmiyyəti yoxdur. Amma bir ölkənin generalının həbsdə ölməsidövlətə baş ucalığı gətirmir”.
Mənbəmiz həmçinin, Akif Çovdarovun 1 saylı istintaq təcrdixanasının tibb məntəqəsinə yerləşdiyini də bildirib: “O hazırda tibb məntəqəsinin 7 saylı palatasında qalır”.
Türkel