
Bakı Apellyasiya Məhkəməsində bir müddət əvvəl ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq rəisi, general-mayor Akif Çovdarovun apellyasiya şikayətinə baxılıb.
Gununsesi.info-nun məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Səbail rayon Məhkəməsi A. Çovdarovun və digərlərinin həbs müddətinin 4 ay artırılması barədə qərarı qəbul edib.
Şikayət həmin qərardan verilib.
A.Çovdarov ötən il noyabrın 15-də həbs edilib. O, Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311-ci (rüşvət alma) maddələri ilə təqsirləndirilir.
Gununsesi.info