Akif Çovdarovun general rütbəsi əlindən alınır - MƏHKƏMƏ PREZİDENTƏ TƏQDİMAT GÖNDƏRİLMƏSİ BARƏDƏ QƏRAR ÇIXARIB

  • By admin
  • 30 Oktyabr 2017 17:52

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun general rütbəsinin alınması ilə bağlı ölkə prezidentinə təqdimat göndəriləcək.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, bu barədə bu gün Sabunçu Rayon Məhkəməsində Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə bu gün keçirilən prosesdə xüsusi qərar qəbul olunub.

Qeyd edək ki, məhkəmənin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin hökmü ilə MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq əməkdaşı, polkovnik Səlim Məmmədov 11, nazirliyin sabiq idarə rəisi, mayor Akif Əliyev 5, MTN-in şöbə rəisi olmuş Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum olunub.

Gununsesi.info