Akif İslamzadə xəstəxanadan evə buraxıldı

  • Müəllif: Firuzə
  • 14 May 2026 11:59

Akif İslamzadə müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Apa-ya müğənninin özü məlumat verib.

“Dünən evə buraxılmışam, özümü yaxşı hiss edirəm”, – Akif İslamzadə bildirib.

Qeyd edək ki, o, bir neçə gün öncə səhhətində yaranan narahatlıq səbəbi ilə Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi.

Gununsesi.info