Akif Kılıç Türkiyə prezidentinin baş müşaviri təyin edilib

  • By admin
  • 06 İyun 2023 10:00

Akif Çağatay Kılıç Türkiyə prezidentinin baş müşaviri təyin edilib.

Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan müvafiq fərman imzalayıb.

Təyinatla əlaqədar olaraq Kılıça səfir diplomatik rütbəsi verilib.

Qeyd edək ki, Kılıç 1976-cı ildə Almaniyanın Zigen şəhərində anadan olub.

O, Böyük Britaniyanın Hertfordşir Universitetində təhsil alıb.

Gununsesi.info