
Sakinlər deyir ki, söz verilir, qaz verilmir
Gununsesi.info 7gun.az istinadən xəbər verir ki, oktyabrın 9-da “Abşeron” Gənclər şəhərciyinin sakinləri etiraz aksiyası keçirib. Sakinlər “Akkord” Şirkətlər Qrupunun tikdiyi binaların keyfiyyətsizliyindən gileyləniblər. Onlar bildiriblər ki, 5 ildir şirkət vəd versə də, binalar mavi yanacaqla təmin edilmir. Hadisə yerinə gələn “Azəriqaz” əməkdaşı “Akkord”un onlara 1 milyon manata yaxın borcu olduğunu bildirib. Deyib ki, bugünə qədər “Azəriqaz” tərəfindən göstərilən xidmətə görə şirkət ödəniş etməyib.
Həftəsonu olduğundan Meydan TV “Akkord” Şirkətlər Qrupu ilə əlaqə saxlaya bilməyib.