AKP-dən CXP-nin “PYD ilə danışıqlara gedilsin” təklifinə sərt təpki: "BUNA QİYMƏT VERMƏYİ TÜRKİYƏ XALQININ İXTİYARINA BURAXIRIQ"

  • By admin
  • 30 May 2017 20:10
ozturk-yilmazdan-sur-1b07f90eccb83bc9ed80

Xəbər verildiyi kimi, CXP-dən olan Ardahan millət vəkili Öztürk Yılmaz Türkiyə iqtidarının terrorçu PKK-nın Suriya uzantısı olan PYD (YPG) ilə dialoqa-danışıqlara başlaması təklifi ilə çıxış edib.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, o, deyib ki, əgər PYD PKK ilə arasına məsafə qoyarsa, onunla danışıqlara gedilə bilər.
CXP-li deputatın bu təklifi isə Türkiyədə çiddi rezonansa və etirazlara səbəb olub.
Xüsusilə də. AKP-dən olan deputatlar bu təklifi süngü ilə qarşılayıblar. Onlar bildiriblər  ki, bu təklif olduqca yolverilməz və qəbuledilməzdir.
“PYD-nin terror təşkilatı olduğunu bilməyən kimsə yoxdur. Onun da PKK-dan heç bir fərqi yoxdur. Əgər CXP də indiyədək bu dərk etməyibsə, qiymət verməyi Türkiyə xalqının ixtiyarına buraxırıq”-deyə, AKP-li deputatlar bildiriblər.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info