AKP-dən CAVAB: Ərdoğana yox, Mussoliniyə baxın!

  • By admin
  • 09 Aprel 2021 09:33

Əgər diktator görmək istəyirsinizsə, tarixinizə baxın, Mussoliniyə baxın!

Gununsesi.info xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) birinci müavini Numan Qurtulmuş deyib.

“İtaliya Baş naziri Mario Dragini Ərdoğan haqqında işlətdiyi yersiz ifadədən dolayı qınayırıq. Hörmətli Dragi, bizdən diktator olmaz! Diktator görmək istəyirsinizsə, tarixinizə baxın, Mussoliniyə baxın!” – deyə Qurtulmuş bildirib.

Qeyd edək ki, italyan Baş nazir Ərdoğan barəsində “diktator” ifadəsini işlətmişdi. Bu səbəbdən İtaliyanın Türkiyədəki səfiri XİN-ə çağırılıb və ona etiraz mətni təqdim edilib.

Gununsesi.info