AKP hökuməti zəlzələdən pul qazanır -ARAŞDIRMA

  • By admin
  • 09 Mart 2023 20:33

Adana şəhərində çəkilən bu fotonu yəqin ki, çoxunuz xatırlayırsınız. Türkiyədə dəhşətli zələzələnin olduğu ilk gün sosial şəbəkələrdə yayılmışdı. Çatların üstünü örtüb, gizlətməyə çalışan işçilərin fotosudur.

Həmin binanı tikan “Dizmanlar Group” adlı şirkət cəza almaq əvəzinə mükafatlandırılıb.
Deməli, Adanada dağılan binaların əvəzinə tikiləcək yeni binalar üçün tender keçiriblər (link rəydə). Tenderin “qalibi” də “Dizmanlar Group” şirkəti olub. Büdcədən 72 milyon manat (809 milyon TL) alacaq və 590 mənzil tikəcək. Bir mənzili orta hesabla 122 min manata. Şirkət torpaq üçün pul ödəməyəcək, vergi verməyəcək. Aydındır ki, 3-4 otaqlı mənzilin materialı və işçi haqqı üçün 122 min manat ən azı 2 dəfə şişirdilmiş rəqəmdir.

Bəs bilirsiniz “Dizmanlar Group” şirkəti kimindir? AKP Qadınlar Təşklatı İdarə heyətinin üzvü Hazal Dizmanın qardaşı Nihat Dizamanındır.

Bütün dünyada irqindən, dinindən asılı olmayaraq hər kəs Türkiyə üçün “Tək ürək” olub, amma AKP hökuməti faciədən milyonlar qazanmaq eşqinə düşüb…

Bu cür əclaflıqları görəndən sonra da kimsə AKP-nin müdafiəsinə qalxırsa, həmin adamın insanlığına şübhə etmək lazımdır.

Allahverdi Aydın
Gununsesi.info