AKP-nin İstanbulda seçki nəticələrinin yenidən sayılması təklifi rədd edildi - CHP QƏLƏBƏSİNİ QEYD EDİR

  • By admin
  • 09 Aprel 2019 09:49

Türkiyənin Ali Seçki Şurası aprelin 9-da hakim AKP-nin İstanbulun 31 rayonunda bütün səslərin yenidən sayılması ricasını rədd edib.

Gununsesi.org Türkiyə mediasına istinadən bildirir ki, Beləliklə, Erdoğan partiyasının Türkiyənin ən böyük şəhərində bələdiyyə seçkilərinin nəticələrini mübahisələndirmək cəhdi boşa çıxıb.

Erdoğan aprelin 8-də bəyan etmişdi ki, İstanbulda keçirilən bələdiyyə seçkiləri “mütəşəkkil cinayətkarlıq” vasitəsilə saxtalaşdırılıb.

Bu arada isə CHP İstanbuldakı qələbəsini qeyd edir.

Gununsesi.org