AKP-nin konstitusiya təklifi MHP-yə çatdırıldı

  • By admin
  • 15 Noyabr 2016 12:27

akp1

Ədalət və İnkişaf Partiyası (AKP) Türkiyədə prezidentlik institutuna keçidlə bağlı referenduma hazırlaşır.

Gununsesi.info-nun “Akşam” qəzetinə istinadən xəbər verir ki, bu sistemə keçid üçün ölkə konstitusiyası dəyişməlidir. Artıq AKP tərəfindən hazırlanan konstitusiyaya dəyişikliklərlə bağlı ilkin mətn Milliyətçi Hərəkat Partiyasına (MHP) təqdim edilib.

Qeyd edək ki, bunun üçün Türkiyə parlamenti qanun layihəsinə ən azı 330 səs verməlidir. Əgər 330 səs toplanarsa, o zaman layihənin referenduma çıxarılmasının yolu açılacaq.

Gözlənilir ki, 316 milllət vəkili olan AKP-yə lazım olacaq səsi də MHP-lilər verəcək.
Anar
Gununsesi.info