AKP rəsmisi yol qəzasında öldü

  • By Admin2
  • 25 Mart 2025 17:40

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Bolu əyaləti Gerede rayon təşkilatının sədri Mehmet Çongar yol qəzasında ölüb.

Gununsesi.info xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, Çongarın idarə etdiyi avtomobil TIR-a çırpılıb və o dünyasını dəyişib.