Akşənərdən Baykala sərt cavab: "VİTSE-PREZİDENTLİK TƏKLİFİNİ SİYASİ NƏZAKƏTSİZLİK HESAB EDİRƏM"

  • By admin
  • 04 May 2017 20:48

baykal-ve-aksener-ilimize-geliyor_747

Bir müddət öncə MHP sıralarından kənarlaşdırılan əski daxili işlər naziri və TBMM sədrinin sabiq müavini, Türkiyənin ən nüfuzlu siyasilərindən olan Meral Akşənər 16 aprel referendumundan sonra səssizliyini nəhayət, bu gün pozub.

Gununsesi.info-nun xəbərinə görə, o, bu gün Ankarada olub və bir sıra önəmli açıqlamalarda bulunub.

meral abla

M. Akşənər ilk öncə yeni partiya quracağı ilə bağlı xəbərlərə reaksiya verib:

“Bunların heç biri doğru deyil.

Mən mərd bir qadınam.

Əgər belə bir məsələ olarsa, heç arxalardan dolanmadan bunu birbaşa və dərhal söylərəm.

Amma belə bir məsələ yoxdur”.

CXP-nin eks genəl başqanı Dəniz Baykalın 2019-cu il prezident seçiklərində adıçəkilən partiyanın namizədi qalib gələcəyi təqdirdə, CXP hakimiyyətində  vitse-prezidentlərdən birinin də M. Akşənər olması təklifinə isə M. Akşənər sərt yanaşma sərgiləyib:

baykal-3

baykal-2

“Hörmətli Dəniz Baykal Türkiyənin  çox önəmli siyasət adamlarındandır, hüquqçudur. Ancaq onun belə bir açıqlamasını siyasi nəzakətsizlik hesab edirəm”.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info