
“Meral Akşenerin Mansur Yavaş və Əkrəm İmamoğlunun Türkiyənin 13-cü vitse-prezidenti olmaq təklifi konstitusiyaya ziddir”.
Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Rəcəb Tayyib Ərdoğanın Baş müşaviri Mehmet Uçum bildirib.
“Konstitusiyada eyni adamın həm vitse-prezident, həm də bələdiyyə sədri olması mümkün deyil. Bu istiqamətdə qeyri-qanuni və absurd həll axtarışları əbəsdir”, – deyə Uçum vurğulayıb.
Qeyd edək ki, İYİ partiya sədri Meral Akşener Ankara Böyük şəhər Bələdiyyə sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun Türkiyənin 13-cü vitse-prezidenti olmaq təklifini Millət Alyansına çatdırıb.
Gununsesi.info