“Akşenerin təklifi konstitusiyaya ziddir” - Ərdoğanın Baş müşaviri

  • By admin
  • 06 Mart 2023 19:35

“Meral Akşenerin Mansur Yavaş və Əkrəm İmamoğlunun Türkiyənin 13-cü vitse-prezidenti olmaq təklifi konstitusiyaya ziddir”.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Rəcəb Tayyib Ərdoğanın Baş müşaviri Mehmet Uçum bildirib.

“Konstitusiyada eyni adamın həm vitse-prezident, həm də bələdiyyə sədri olması mümkün deyil. Bu istiqamətdə qeyri-qanuni və absurd həll axtarışları əbəsdir”, – deyə Uçum vurğulayıb.

Qeyd edək ki, İYİ partiya sədri Meral Akşener  Ankara Böyük şəhər Bələdiyyə sədri  Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun Türkiyənin 13-cü vitse-prezidenti olmaq təklifini Millət Alyansına çatdırıb.

Gununsesi.info