“Aksiyada təxribatçı qüvvələr var idi” - QÜDRƏT HƏSƏNQULİYEV / VİDEO

Millət vəkili Qüdrət Həsənquliyev bu gecə Milli Məclisin qarşısında baş verən hadisələrlə bağlı danışıb.
Gununsesi.org xəbər verir ki, REAL TV-yə açıqlama verən deputatın sözlərinə görə, parlament binasına daxil olanlar bir qrup təxribatçı olublar:
“Orduya dəstək aksiyası möhtəşəm bir aksiya idi. İnsanlar cəbhəyə göndərilməyi tələb edirdilər. Onlar torpaqların azad olunması üçün vuruşmaq istədiklərini vurğulayırdılar. Amma çox təəssüf ki, müəyyən təxribatçı qüvvələr aksiyanın sonuna yaxın istədilər ki, bunu anti-hökumət aksiyasına çevirsinlər”.

 

 

Gununsesi.org