Aksiz vergisindən yığımlar kəskin azalacaq

  • By admin
  • 29 Sentyabr 2016 14:10

aksiz

Hökumət özəlləşdirmədən büdcəyə 8 milyon manat daxil olacağını gözləyir.

2017-ci il dövlət büdcəsində Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 2.9 faiz artaraq 7.2 milyard manat proqnozlaşdırılır.

Gununsesi.info Maliyyə Nazirliyinə istinadən bildirir ki, aksiz və sair daxilolmaları üzrə azalma proqnozlaşdırılır. Belə ki, aksiz vergiləri üzrə azalma cari illə müqayisədə 2.6 faiz, sair daxilolmalar üzrə isə 11.8 faiz təşkil edəcək.

Digər, vergi yığımlarında isə artım olacağı və ya sabit qalacağı gözlənilir.

Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalarda da 21 faiz artım müşahidə edilir. Belə ki, 2017-ci ildə bu bölmə üzrə yığımlar 2.2 milyard manat olacağı gözlənilir. Bu istiqamətdə də aksiz vergilərinin yığımlarında 14.1 faiz azalma proqnozlaşdırılır.

Özəlləşdirmədən isə hökumət 14.3 faizlik artım gözləyir. Belə ki, Əmlak Məsələlri üzrə Dövlət Komitəsi 8 milyon manat daxilolma proqnozlaşdırır.

Neft Fondundan büdcəyə transfert isə 20 faiz azalaraq 6.1 milyard manat olacaq. Beləliklə neft gəlirlərindən büdcəki birbaşa  payı 38.2 faiz təşkil edəcək.

Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar isə 353 milyon manat olacaq ki, bu da cari ilin büdcəsi ilə müqayisədə 15 faiz artım deməkdir.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info