Qazaxıstanın cənub-qərbindəki Aktau şəhərində etiraz mitinqi tam başa çatıb.
Gununsesi.info xəbər verir ki, məlumatına görə, bir neçə gündür qiymət artımına etiraz edən sakinlər bu gün artıq çadırları və digər vasitələri yığışdırıblar.
Bununla belə, Aktau polisi meydanı tərk etməkdən imtina edən, müqavimət göstərən bir neçə şəxsi saxlayıb.
Qeyd edək ki, ölkədə yanvarın 2-dən etibarən qiymət artımı ilə bağlı etiraz aksiyaları başlayıb. Aksiyalar daha sonra iğtişaşlara çevrilib.
Bütün ölkə ərazisində fövqəladə vəziyyət rejimi elan edilib.
Gununsesi.info