
Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 10 min nəfəri ötüb.
Gununsesi.info Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, son sutkada 342 nəfər koronavirusdan sağalaraq evə buraxılıb. Hazırda aktiv xəstələrin sayı 10077-dir.
Ötən gün açıqlanan statistikaya görə, 9617 nəfər aktiv xəstə sayı qeydə alınmışdı.
Gununsesi.info