Əməkdar İncəsənət xadimi Məlahət Abbasova bugünkü həyatı üçün Xalq artisti Şəfiqə Məmmədovaya təşəkkür edib.
Gununsesi.info xəbər verir ki, sosial şəbəkədə səmimi şəkilini paylaşan aktrisa, müəllimi haqqında xoş sözlər yazıb: “İncəsənət İnstitutuna ilk dəfə imtahan verəndə böyük sənətkar Şəfiqə Məmmədova mənə qabiliyyət imtahanından 5 verməsəydi bu gün mən aktrisa olmayacaqdım. Həyatımın başlanğıcı onunla bağlıdı və ona həyatımın sonuna qədər təşəkkür edirəm. Şəfiqə xanım həmişə özümə örnək aldığım və pərəstiş etdiyim bir aktrisadır”.
Gununsesi.info