Nikol Kidman “Tatler” dərgisinin iyun buraxılışının baş qəhrəmanı olub.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa açıq-saçıq açıqlamaları ilə diqqət çəkib. O, yaşadığı ağır günləri xatırlayıb.
O bildirib ki, Tom Kuruzla evli olan zaman övladını itirib. Faciə cütlüyün boşanmamasından bir müddət əvvəl, 2001-ci ildə baş verib:
“Kəskin bir kədər yaşadım. Bu, unudulmaz bir bədbəxtçilikdir. Və ardından itki… Övladın tələf olması haqda çox vaxt danışmırlar. Bu, qadının ən böyük kədəridir. Kədər və sevinci eyni anda yaşadım. Övladımı itirdim, amma həkim yenidən hamilə qala biləcəyimi dedi”.
Gununsesi.info