Məşhur aktrisa Məryəm Uzerli “Elle” jurnalına müsahibə verib.
Gununsesi.info-nun Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, müsahibədə şəxsi həyatı haqqında maraqlı açıqlamalar verən 34 yaşlı aktirisa mübariz ruha sahib olduğunu vurğulayıb.
Belə ki, M.Uzerli qeyd edib ki, həm romantik, həm də fiziki mənada gözləntiləri var.
“Ürəyimi sevdiklərimə sürətlə açıram və sürətlə də ürəyim yaralanır. Anam mənə türk kişilərindən uzaq durmağım haqda öyüd-nəsihət verir. Əslində anam haqlı, eşqdən ağzım yanıb”, – deyə əlavə edib.
Qeyd edək ki, M.Uzerli sonuncu sevgilisi Alp Özcandan 3 ay əvvəl ayrılıb.
Anar
Gununsesi.info