Aktrisa üçüncü dəfə ana oldu

  • By admin
  • 11 İyul 2016 16:45

aktrisa

 

39 yaşlı aktrisa Liv Tayler və sevgilisi, menecer Devid Qardnerin qızları dünyaya gəlib.

Gununsesi.info-nun xarici KİV-ə istinadən məlumatına görə, üçüncü dəfə ana olan Liv İnstaqraman foto paylaşaraq “Gözəl qızımız, nəhayət ki, buradadır. Lula Qouz Qardner… O qədər xoşbəxtik ki, qəlbimiz sevgidən partlaya bilər” yazıb.

Qardner də hisslərini sosial şəbəkədə belə bölüşüb:

“Şükürlər olsun ki, anasına bənzəyir…”

Qeyd edək ki, “Aerosmith” qrupunun solisti Steven Taylerin qızı olan Livin Royston Lanqdonla olan evliliyindən11 yaşlı bir oğlu var. Onun indiki nişanlısı D.Qardnerdən isə 16 aylıq Seylor adlı oğlu da var.

Gununsesi.info