Aktyor Çingiz Əhmədovun oğlu avtoqəzaya düşdü

  • By admin
  • 24 Avqust 2017 19:43

cina-1

“Vicdan haqqı” serialının Vüsalı, Rus dram Teatrının gənc aktyoru İbrahim Çingiz avtomobil qəzası keçirib.

Gununsesi.info xəbər verir ki, Yenicag.az-ın əldə etdiyi məlumata görə, qəza nəticəsində aktyorun idarə etdiyi “BMW” markalı avtomobilinə ciddi ziyan dəyib.

İbrahim Çingiz xəbəri təsdiqləyib: “Hadisə iki gün bundan əvvəl baş verib. Avtomobilimi vurdular, qarşı tərəfin günahı idi. Amma hadisə olanda olur. Heç kim bundan sığortalanmayıb. Avtomobilimə ciddi ziyan dəyib. Əsas odur ki, özüm sağ-salamat qurtarmışam. Amma bu xəbərlə özümə reytinq qazanmaq istəmirəm”.

Qeyd edək ki, İ. Çingiz əməkdar artist Çingiz Əhmədovun oğludur.

Gununsesi.info