Aktyor qardaşların ailəsinə ağır itki üz verdi - Kiçik qardaş gənc yaşında dünyasını dəyişdi -FOTOLAR

  • By admin
  • 08 Oktyabr 2016 21:40

tutal

“Teatrımızın aktyorları Nadir müəllim və Səməd bəy Xasıyevlərin ailəsinə ağır itki üzvü verib”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru Elməddin Dadaşzadə öz “Facebook” səhifəsində yazıb.

“Ailənin kiçik övladı Tural bəy cavan yaşında bu dünyaya vida edib, aramızdan köç edərək, əbədiyyətə qovuşdu. Başsağlığı verirəm ailəsinə. Ruhu şad olsun, yeri cənnətməkan!

Həyat cox fanidir. Əlimzdən nə gəlir ki…”-deyə, o, daha sonra yazıb.

Qeyd edək ki, mərhumun qardaşı aktyor Nadir Xasıyev 1961-ci ildə 24 dekabr tarixində Ağsu rayonun Bico kəndində ziyalı ailəsində anadan olub. 1984-cü ildə İncəsənət İnstitutunun musiqi komediya aktyoru fakültəsini, 1998-ci ildə isə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının vokal şöbəsini bitirib. Bir müddət Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktyor işlədikdən sonra 1993-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunub.

Allah rəhmət etsin!

nadir-xasiyev-7

semed

Gununsesi.info