
“Lost” və “Vampire Diaries” kimi prodakşnlarla şöhrət qazanan və 5 ildən artıqdır ki, aktyorluq etməyən İan Somerhalder son müsahibəsində səhnədən niyə uzaqlaşdığını açıqlayıb.
Gununsesi.info xəbər verir ki, “People” nəşrinə müsahibəsində aktyor səhnədən uzaqlaşmağının səbəbini bu cür şərh edib:
“V-Wars-dan sonra sənayedən uzaqlaşaraq biznesə başladım, o cümlədən “Kiss the Ground”, “Common Ground” və “Ground Swell” kimi filmlərin prodüseri oldum. Avqustun 19-da peşəkar şəkildə kamera qarşısına çıxmağı dayandırmağımdan düz 5 il keçdi ”
Qeyd edək ki, o, sonuncu dəfə 2019-cu ildə “V-Wars” serialında görünmüşdü. Yenidən səhnəyə qayıdıb-qayıtmaması ilə bağlı dəqiq nəsə deməyib.
Orxan Saffari