Aktyor sevgilisi ilə restoranda dava etdi

  • By admin
  • 07 Avqust 2017 11:43

570320

“Rüya” serialının baş rol aktyoru Ceyhun Mengiroğlu uzun müddətdir eşq yaşadığı xanım həmkarı Dilara Aksüyek ilə ötən gecə Cihangirdəki bir məkanda çox sərt mübahisə edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, məkanın bağçasında çox qəzəbli və yüksək səslə mübahisə edən Ceyhun Mengiroğlu-Dilara Aksüyek cütlüyü, obyektivlərə tuş gəldiklərini görüncə üzlərini digər tərəfə çevirərək gizləniblər.

Daha sonra masadan əvvəlcə Mengiroğlu, ardınca Aksüyek qalxaraq fərqli istiqamətlərə gediblər.

Sualları cavabsız qoyan sevgililərin ayrılıb-ayrılmadıqları maraq doğurub.

Gununsesi.info