Aktyorun ölümü məhşurları yasa boğub 

  • By admin
  • 11 İyul 2017 15:00

fikret-hakan

Türkiyənin məhşur kino və teatr aktyoru Fikrət Hakanın ölüm xəbərini eşidən sənət dostları sosial şəbəkə vasitəsilə onun yaxınlarına başsağlığı veriblər.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, türk kinosunun əfsanəvi aktyoru Fikrət Hakan ağciyər xərçəngindən müalicə aldığı İstanbul Kartal Dr. Lütfi Kırdar Təhsil və Araşdırma Xəstəxanasında 83 yaşında vəfat edib.

Belə ki, aktyorun ölüm xəbərini eşidən sənət dostları – başda İbrahim Tatlısəs olmaqla, Türkan Şoray, Sabahat Akkiraz, Ömür Gedik kimi məşhurlar sosial şəbəkə vasitəsilə onun yaxınlarına başsağlığı veriblər.

Türkiyənin məşhur aktrisası Türkan Şoray özünün sosial şəbəkə hesabından aktyor haqqında bunun yazıb: “ Türk kinosunun əfsanəvi aktyoru Fikrət Hakan öldü”.

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs isə, “Kinomuzun çınarı, əfsanəvi aktyoru Fikrət Hakanın ölüm xəbərini eşitdim. Buna çox üzüldüm. Dəyərli insanlarımız tək-tək bu həyatdan köçüb gedir. Çalışaq həyatdaykən bu çür insanların qiymətini bilək. Fikrət qardaşımıza Allahdan rəhmət, ailəsinə və sevənlərinə səbr diləyirəm”.

Anar
Gununsesi.info