Bir neçə gün əvvəl İspaniyada saxlanıldıqdan sonra sərbəst buraxılan “Akula Akif” ləqəbli Akif Mustafayev hazırda Fransadadır.
Bu barədə Gununsesi.info-ya məlumatlı mənbədən informasiya verilib. Məlumatda qeyd olunur ki, “Akula Akif” Fransada türk əsilli vəkillərin biriylə müqavilə də bağlayıb. O, Fransada yaşamaq üçün bu ölkədən oturum istəyir.
Qeyd edək ki, “Akula Akif” ləğv olunmuş MTN-nin sabiq rəhbəri Eldar Mahmudovun mütəşəkkil cinayətkar dəstəsinin üzvlərindən biri olub.
O, Azərbaycanda iş adamlarının çökdürülməsində, əmlaklarının əllərindən alınmasında xüsusi “xidmətlər” göstərib. Təqdim etdiyimiz fotoda “Akula”nın MTN generalı Akif Çovdarovla birgə görüntülənməsi də onun MTN-lə sıx əlaqələrinin olduğunu təsdiqləyir.
Xatırladaq ki, “Akula Akif” hazırda Azərbaycanda axtarışdadır. Barəsində həbs-qətimkan tədbiri seçilib və tutulma qərarı var.
Gülnaz Qənbərli
Gununsesi.info