Albaniyada parlament seçkiləri başa çatdı

  • By admin
  • 25 Aprel 2021 21:54

Albaniyada parlament seçkilərində səsvermə yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 21:00) başa çatıb.

Bu barədə Gununsesi.info TASS-a istinadən xəbər verir.

Ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) bildirib ki, 5 199 seçki məntəqəsinin hamısında səslərin hesablanmasına başlanılıb.

MSK-nın məlumatına görə, yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00-da) seçkidə iştirak 45,48% təşkil edib. Ən böyük fəallıq ölkənin şərq hissəsində Dibra dairəsində, Tiranada, Elbasanda və Durres şəhərlərində qeydə alınıb. Bu şəhərlərdə seçicilərin demək olar, 50%-i səs veriblər.

Əvvəlki seçkilərdə olduğu kimi, bu siyasi marafonda da əsas rəqiblər Baş nazir Edi Ramanın Sosialist Partiyası və müxalif Demokrat Partiyası Lyulzim Başinin rəhbərlik etdiyi koalisiya olub.

Albaniya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçki hüququna malik 3,6 milyon nəfərə 5 mindən çox məntəqədə səsvermə hüququ yaradılıb. Bundan başqa, 130 mindən çox şəxs koronavirusa yoluxduğuna görə səs verə bilməyib.

Eyni zamanda, namizədlərin ən azı 30 faizi qadın olmalıdır. Parlamentdə təmsil olunmaq üçün siyasi birliklərin seçicilərin bir faiz səsini qazanması lazımdır.

Gununsesi.info