
Albaniyanın baş naziri Edi Ramanin başçılıq etdiyi hakim partiya prezident seçkilərində səsvermənin birinci mərhələsində heç kimin namizədliyini irəli sürməyib.
Gununsesi.info-nun ria.ru-ya istinadən verdiyi məlumata görə, namizəd olmadığından ölkə parlamenti yeni prezidenti seçə bilməyib.
Parlamentin sədri İlir Meta bununla bağlı deyib: “Biz müxalifətlə dialoq aparmaq və Albaniyanın bütün siyasi qüvvələrlə konsensus əldə arzusunda olduğumuzu nümayiş etdirmək məqsədilə prezidentin seçilməsi ilə bağlı namizədlər təklif etməmişik”.
Gununsesi.info