Albaniyada Türkiyədəki zəlzələ səbəbi ilə milli yas elan edildi

  • By admin
  • 11 Fevral 2023 22:44

Türkiyədə yaşanan dəhşətli zəlzələdən sonra Albaniyada milli yas elan edilib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Albaniyanın Baş naziri Edi Rama sosial media hesabından etdiyi paylaşımda 13 fevralı ölkədə milli yas günü elan edib.

“Albaniya hökuməti Türkiyə və Suriyada yaşanan böyük zəlzələ qurbanları üçün 13 fevral gününün milli yas elan edilməsinə qərar verib. Bir müddət öncə fəlakət Albaniyada olduqda, yanımızda olan dostumuz Türkiyə ilə həmrəylik içindəyik”, – deyə açıqlamada vurğulanır.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info