
Albaniyada zəlzələdə ölənlərin sayı artıb.
Gununsesi.org-un “Exit” portalına istinadən verdiyi xəbərə görə, zəlzələdə ölənlərin sayı 40 nəfərə çatıb.
Qeyd edək ki, Albaniyada 6,4 bal gücündə zəlzələ olub. Zəlzələ nəticəsində 650-dən çox insan xəsarət alıb. Xeyli sayda insan dağıntılar altında qalıb. Axtarış-xilasetmə işləri davam edir.
Gununsesi.org