
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda qəribə hadisə baş verib.
Zeynəb İ. adlı qadın çiyni ağrıyan anası üçün televiziya kanallarının birində reklamı gedən şirkətdən ağrıkəsici krem sifariş verib. Lakin həmin ağrıkəsici cinsi istəyi artıran dərman çıxıb.
100 TL-yə 3 qutu dərman sifariş verən qadın dərmanın ağrıkəsici təsirinin olmadığını hiss etdikdə onu əczaçıya göstərib. Əczaçı isə həmin kremin qadınlar üçün cinsi istək artıran preparat olduğunu bildirib.
Zeynəb İ. dərmanı aldığı şirkətə zəng edərək yalnışlığa yol verdiklərini söylədikdə ona “kremi zövq alaraq çək” deyə lağa qoyublar.
Zərərçəkmiş bu mövzu ilə əlaqədar məhkəməyə müraciət edib.
Gununsesi.info