Şair Cahandar Aybər sosial media hesabında maraqlı paylaşımı ilə diqqət çəkib.
O, aldığı pomidorun üzərindəki son istifadə tarixini paylaşaraq istehzalı şəkildə yazıb:
“Deyəndə ki, mən gələcəkdə yaşayıram, heç kim inanmır. Dünən aldığım pomidorun satış tarixinə baxın: 06.11.3049-cu il”.
Paylaşılan məhsulun etiketində son istifadə tarixinin 06 noyabr 3049-cu il kimi göstərilməsi sosial şəbəkə istifadəçilərinin də marağına səbəb olub.
Elmar
Gununsesi.info












