
Rusiya Xarici İşlər Nazirliyi Bakıda saxlanılan bloqer Aleksandr Lapşinlə bağlı açıqlama verib.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
O qeyd edib ki, bloqerin işi ilə bağlı istintaq müddəti iyulun 15-dək uzadılıb.
“A.Lapşin tərəfindən saxlanma şəraiti ilə bağlı şikayətlər daxil olmayıb. Səfirliyin xahişi ilə A.Lapşin tibbi müayinə edilib. Biz vəziyyəti nəzarət altında saxlayırıq”.
Gununsesi.info












