Aleksandr Lukaşenko: “Belarus öz müəssisələrində Azərbaycan neftinin emalında maraqlıdır”

  • By admin
  • 25 Noyabr 2016 23:12

56c67532-4750-445d-b283-12ff034e6a2f_292

 

“Ölkə öz müəssisələrində Azərbaycan neftinin emalında maraqlıdır”.

Gununsesi.info “TASS” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Bizim respublikamız hələ SSRİ vaxtlarından inkişaf etmiş neft-kimya kompleksinə malikdir. Bu müəssisələr dünya standartlarına uyğun yüksək texnologiya səviyyəsi ilə, neft hasilatının dərinliyi ilə və neft məhsullarının keyfiyyəti ilə səciyyələnir.

Xarici bazarlarda Belarus neft-kimyası məhsulunun 70 faizindən çoxu reallaşır. Buna görə Azərbaycan neftinin zavodlarımızda emalı bizim üçün böyük maraq kəsb edir”, — deyə Lukaşenko bildirib.

Qeyd edək ki, Belarus prezidenti noyabrın 28-29-da Azərbaycana rəsmi səfərə gələcək.

 

Gununsesi.info