Aleksey Navalnı Rusiyaya qayıdır – Rusiyada siyasət yenidən hərarətlənəcək

  • By admin
  • 13 Yanvar 2021 16:42
Rusiya müxalifətinin liderlərindən biri, “Gələcəyin Rusiyası” partiyasının sədri Aleksey Navalnı tezliklə ölkəsinə qayıdacağını bəyan edib.
Bu barədə o, yanvarın 13-də özünün “Twitter” hesabında məlumat verib.
“Mənim qarşımda heç vaxt qayıdıb-qayıtmamaq kimi bir seçim olmayıb. Çünki mən heç vaxt getməmişəm. Mən Almaniyaya reanimasiya qutusunda gəlmişəm. Yanvarın 17-də “Qələbə” reysi ilə evə qayıdacam. Görüşərik!”, – deyə Navalnı sosial media hesabında yazıb.
Hazırda Navalnı Almaniyadadır. O, Berlinin “Charite” klinikasında müalicə alırdı.
Avqust ayında Rusiyada zəhərlənən və təcili şəkildə Almaniyaya çatdırılan müxalifət liderinin üzərində aparılan müayinələrdən sonra, onun qadağan olunmuş “Noviçok” maddəsiylə zəhərləndiyi məlum olmuşdu.
Navalnı sui-qəsd cəhdinin arxasında Rusiya Federal Təhlükəsizlik Xidmətinin dayandığını iddia edir. Avropa Birliyi və ABŞ onun zəhərlənməsi ilə əlaqədar olaraq, Rusiya hökumətinə qarşı sansksiyalar tətbiq ediblər. Rusiya hökuməti isə ona ünvanlanan ittihamları rədd edir.

 Gununsesi.org