Aleksey Navalnının dəfn yeri və tarixi bəlli oldu

Həbsxanada ölən rusiyalı müxalifətçi Aleksey Navalnı martın 1-də dəfn olunacaq.

Gununsesi.info-nun məlumatına görə, bu barədə siyasətçinin mətbuat katibi Kira Yarmış özünün “X” hesabında yazıb.

Bildirilir ki, dəfn mərasimi Borisov qəbiristanlığında keçiriləcək.

 

Xatırladaq ki, fevralın 16-da Rusiyanın Yamalo-Nenetsk Muxtar Dairəsi üzrə Federal Penitensiar Xidməti Navalnının 3 saylı cəzaçəkmə koloniyasında ölməsi barədə məlumat yayıb.

Məlumata görə, o, gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib, gələn həkimlər reanimasiya tədbirlərindən sonra onun öldüyünü müəyyən ediblər.

 

 

 

Gununsesi.info