Alen Simonyan Rusiyaya gedir

Ermənistan parlamentinin sədri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Ermənistan parlamentariləri MDB Parlamentlərarası Assambleyasının daimi komissiyalarının aprelin 12-15-də keçirilməsi nəzərdə tutulan iclasında iştirak edəcəklər.

 

Gununsesi.info