“Nobel” mükafatlı Bialiatski Belarusda hakim qarşısına çıxarıldı

  • By admin
  • 06 Yanvar 2023 16:52

Belarusda “Nobel Sülh Mükafatı” verilən insan haqları mdüafiəçisi Ales Bialiatski məhkəmədə hakim qarşısına çıxarılıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 60 yaşlı Bialiatski 2021-ci ildə hökumət əleyhinə etirazlar olarkən nəzarət altına alınmışdı. Bialiatskinin dəstəkçiləri Belarud lideri Lukaşenkonun hökumətə qarşı onu susdurmağı hədəflədiyini önə sürürlər.

Ales Bialiatskiyə edilən ittiham isə “qanunsuz şəkildə müxalifəti pul yardımı ilə dəstəkləmək”dir

Viasna İnsan Haqları Mərkəzinin qurucusunun 12 ilədək həbs edilməsi istənilir.

Xatırladaq ki, uzun müddətdir ki, Belarusu yönəldən Aleksandr Lukaşenkonun seçkiləri şübhəli bir şəkildə udmasından sonra 2020-ci ildə bir çox adam küçələrə axışmış, etirazlar 2021-ci ilə qədər davam etmişdi.

2021-ci ildə həbs edilən Bialiatski 2022-ci ildə “Nobel Sülh Mükafatı”ına layiq görülüb.

Qeyd edək ki, Viasna təşkilatı 1994-cü ildən iqtidara gələn Lukaşenkonun 1996-cı ildəki etirazları şiddətlə yatırmasından sonra qurulub. Həbsdə olan insan insan haqları müdafiəçilərinn həbsxanada gördüyü işgəncələri sənədləşdirən qurum həbs edilən ailələrə dəstək olurdu.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info