Ali Məclisin növbəti iclasının gündəliyi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının növbəti iclasının vaxtı açıqlanıb.

 

Gununsesi.info xəbər verir ki, iclas 2023-cü il 18 dekabr tarixdə keçiriləcək.

 

İclasda “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsinin, “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanun layihəsinin (birinci oxunuş) və “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanun layihəsinin (ikinci oxunuş) müzakirə olunması nəzərdə tutulur.

 

 

Gununsesi.info