Ali Məhkəmə ANS-in kassasiya şikayətini icraata götürüb - FOTO

  • By admin
  • 08 Sentyabr 2016 12:00

ANS MTRS

Bu gün “ANS” Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə verdiyi kassasiya şikayəti üzrə məhkəmə iddiasına baxılıb.

HTML tutorial

Gununsesi.info-nun əməkdaşının məhkəmə salonundan verdiyi xəbərə görə,  prosesə Ali Məhkəmənin hakimi Sevda Hüseynova baxıb.   Ali Məhkəmə “ANS” Müstəqil Yayım və Media Şirkətinin kassasiya şikayəti icraata alınıb.  Proses sentyabrın 15-i  saat   12:00-a təyin edilib. MTRŞ-ni prosesdə  Hüququ və beynəlxalq əlaqələr şöbəsinin  müdiri Nemət Cavadov və həmin şöbənin məsləhətçisi Aygün Mehdiyeva təmsil ediblər.
Gununsesi.info xəbər verir ki, proses hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilir.

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev məhkəmədə çıxış edib. O çıxışına belə başlayıb: “Gördüyünüz kimi bütün ANS-in əməkdaşları bir nəfər kimi bura yığışıb. Ona görə ki, ANS bir kollektiv olaraq Ali Məhkəminin bu uzanan məsələ üzrə ədalətli qərar qəbul edəcəyinə və ANS-in öz yayımını bərpa edəcəyinə inanır. Mən siyasətçi deyiləm, əsgərəm və Ali Baş Komandana tabeyəm. O isə bir prezident olaraq ölkədə qanunlar və konstitusionallığın təminatçısıdır”-, deyə o fikrini tamamlayıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edib.
Daha sonra MTRŞ “ANS Müstəqil Yayım və Media” Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziyanın ləğv edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

vahidjdjd7

Anar

Gununsesi.info