Ali Məhkəmə AXCP fəalının şikayətini təmin etdi

  • By admin
  • 22 İyun 2016 18:02

axcp

 

Ali Məhkəmədə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən AXCP üzvü Elvin Abdullayevin kassasiya şikayətinə baxılıb.

Gununsesi.info-nun məlumatına görə, hakim İmran Hacıqayıbovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara əsasən, E. Abdullayevin ittiham olunduğu 234.4.3-cü (külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinin 234.1-ci (satış məqsədi olmadan narkotik vasitə əldə etmə) maddəsinə tövsif edilib. Onun cəzası 6 ildən 2 il 6 aya endirilib.

Qeyd edək ki, Elvin Abdullayev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin satış məqsədilə əldə edilməsi, saxlanması və s.) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti isə təmin edilməyib.

Gununsesi.info