Ali Məhkəmə NİDA-çılara bəraət verdi - Avropa Şurası Nazirlər Komitəsinin israrından sonra

  • By admin
  • 30 Sentyabr 2022 22:47

Ali Məhkəmənin Plenumu NİDA Gənclər Hərəkatının iki üzvü Şahin Novruzlu və Məmməd Əzizova bəraət verib.

Bu barədə Gununsesi.info-ya vəkil Fariz Namazlı deyib.

HTML tutorial

Onun sözlərinə görə,Ali Məhkəmənin Plenumu Şahin Novruzlu və Məmməd Əzizovun Azərbaycana qarşı Avropa Məhkəməsinin qərarının icrası ilə bağlı yazılı icraat qaydasında işə baxaraq, onlar barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verib.

Qeyd edək  ki, Avropa Məhkəməsinin hər iki gənclə bağlı qərarı indiyədək icra olunmurdu.

Ötən həftə Avropa Şurası Nazirlər Komitəsi Avropa Məhkəməsinin qərarlarının icra vəziyyyəti ilə bağlı sənəd qəbul edib.

Həmin sənəddə Azərbaycan da tənqid olunub.
Görünür, bu  sənəddən sonra Ali Məhkəmə hərəkətə keçib.
Qeyd edək ki, adıçəkilən gənclər MTN-nin qurama ittihamları ilə həbs ediliblər.

Gununsüssi.indo