Venesuela Ali Məhkəməsi parlamentin prezident Nikolas Maduro barəsində istefa qərarını qeyri-konstitusion sayıb.
Gununsesi.info-nun “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Venesuelanın “TeleSur” telekanalı məlumat verib.
Məlumata görə, Ali Məhkəmə parlamentdə Nikolas Maduronun istefasına dair keçirilən səsvermənin qanunsuz olduğuna dair qərar çıxarıb.
“Ali Məhkəmə bir daha xatırladır ki, qanunverici orqanın ölkə Konstitusiyasının çərçivəsindən kənara çıxan qərarlar qəbul etməyə səlahiyyəti yoxdur”-deyə, məlumatda vurğulanıb.
Gununsesi.info