Ali Məhkəmə qanunsuz hökmü qüvvədə saxladı

Bu gün Ali Məhkəmədə hakim Şahin Mustafayevin sədrliyi ilə “Dunyanınsesi.az ” xəbər saytının rəhbəri Ərşad İbrahimlinin kassasiya şikayətinə baxılıb.

Gununsesi.info-nun xəbərinə görə, vəkil Elçin Sadıqovun yazdığı kassasiya şikayətində aşağı instansiya məhkəmələrinin hökmlərinin qanunsuzluğundan bəhs olunub.

Qeyd edək ki, 2023-cü ildə həs edilən jurnalist 2021-ci ildə ayrı-ayrı şəxslərdən pul almaqda ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi açılıb və 8 il azadlıqdan məhrum edilib.

Ərşad İbrahimlinin adı yerli və beynəlxalq jurnalist təşkilatlarının hesabatında Azərbaycanda həbs olunan jurnalistlərdən biri kimi keçir.

 

Elmar

Gununsesi.info