Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

22 Fevral 2018
21 Fevral 2018

25 May 2016 - 13:47

Ali Məhkəmə sabiq naziri həbsdə saxladı-ÖZƏL

nicat2

Bu gün Ali M əhkəmədə sabiq Xarici İqtisadi Əlaqələr Naziri Nicat Quliyevin kassasiya şikayətinə baxılıb. Gununsesi.info -nun məhkəmə prosesini izləyən əməkdaşının verdiyi məlumata görə,  hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən iclasda vəkillər – Fuad Ağayev və Əfqan Məmmədov tərəfindən verilmiş kassasiya şikayətinə baxılıb. Hər iki vəkil  Sumqayıt Apellyasiya Məhkəməsinin qərarını qanunsuz adlandırıb. Onların sözlərinə görə, məhkəmə müdafiə tərəfinin heç bir sübutunu tanımayıb. Qeyd edilib ki, Nicat Quliyevin evində axtarış məhkəmə qərarı olmadan aparılıb.Lakin məhkəmə bu arqumentləri nəzərə almaqndan imtina edib. Vəkillər  bildiriblər ki, Nicat Quliyev MTN tərəfindən şərlənib və ona bəraət verilməsini tələb edirlər. Onlar qeyd ediblər.

Qeyd edək ki,  Nicat Quliyev 2005-ci il oktyabrın 19-da da həbs edilmişdi. O zaman sabiq nazirə qarşı dövlət çevrilişinə cəhddə iştirak etmək maddəsi ilə ittiham irəli sürülmüşdü. Sonradan ona qanunsuz silah saxlama ittihamı  ilə 3 il cəza təyin edilib.